Goranboy:Xan Qərvənd kəndində ilaxır-torpaq çərşənbəsi

post-img

Goranboyun Xan Qərvənd kəndində ilaxır-torpaq çərşənbəsi-Novruz bayramı tədbiri keçirilmişdir.

Tədbirdə rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov, digər rəhbər şəxslər, Goranboy, Tərtər və Agdərə rayonlarından olan şəhid ailələri, qazilər, ağsaqqallar və ziyalılar iştirak etmişlər.

Tədbirdə  mədəniyyət işçilərinin  ifasında bədii proqram, folklor nümunələri, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən səhnələr nümayiş etdirilmiş,  bayram tonqalı yandırılmışdır.











Sosial həyat