Dövlət Miqrasiya Xidmətinə 2025-ci ilin fevral ayı ərzində 5587 zəng daxil olub

post-img

Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən 2025-ci ilin fevral ayı ərzində 5587 zəng cavablandırılıb.

Qəbul edilən zənglərin 1851-i müvəqqəti yaşama icazəsi, 86-ı müvəqqəti olma müddətinin uzadılması, 396-ı vətəndaşlıq məsələləri, 636-ı olduğu yer üzrə qeydiyyat, 338-i daimi yaşama icazəsi, 718-i iş icazəsi, 247-i inzibati xəta, 1315-i isə digər məsələlərlə bağlı olub.

Qeyd edək ki, 919 Çağrı mərkəzi 3 dildə (Azərbaycan, rus və ingilis dillərində) həftənin 7 günü 24 saat fasiləsiz fəaliyyət göstərir.

Sosial həyat