Göygölə gəl, Göygölə…

post-img

Son vaxtlar Göygöl Milli Parkında-Qoruğunda həyata keçirilən işlər böyük maraq və razıllq doğurur. Xüsusilə yerli və xarici turistlərin səyahəti, istirahəti üçün hər bir şərait yaradıllb və bu iş hər gün davam etdirilir. Qoruğun direktoru Fuad Quliyev işinin peşəkarıdır, necə deyərlər, sözün əsl mənasında fanatıdır. Qış turizminin də inkişafı bilavasitə onun təşəbbüsünün və zəhmətinin nəticəsidir.

    Bu günlərdə daha bir qrup xarici turist Göygöldə olmuşdur. Onlara təkcə göllər tacı Göygöl deyil, digər marşrutlar da təklif olunmuşdur. Məlumat verilmişdir ki, meşələrdə Qafqaz maralı, ayı, təkə, cüyür, porsuq, meşə pişiyi, samur, vaşaq, dovşan, dələ, quşlardan Xəzər uları, qara kərkəs, kəklik var. Ərazidə məskunlaşan heyvanlardan ikisinin-Şərqi Qafqaz təkəsi və Zaqafqaziya qonur ayısının adı "Qırmızı kitab"a düşmüşdür. 

     Xarici turistlər məlumatlardan və gəzintidən razı qalmış, öz ölkələrində bu yerlərin təbiəti, xüsusilə Göygöl və ətrafdakı digər göllər, füsunkar təbiəti haqqında geniş məlumat verəcəklərini bildirmişlər.


      Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri.

 

 





Sosial həyat