Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Qaradağlı, Düzqışlaq və Veyisli kəndlərində, Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində, “Od çərşənbəsi” bayram tədbirləri keçirilmişdir.
Tədbirdə, icra hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, icra Aparatının məsul şəxsləri, YAP rayon təşkilatının sədri, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin əməkdaşları, Şəhid ailələri, Qazilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Goranboy.