Ana sevgisinin rəngli nağılları

post-img

Xətai Sənət Mərkəzində “Ümumi Təsviri Sənət Ənənəsi” qrupunun təşkilatçılığı və “Səttar İncəsənət Studiyası”nın dəstəyi ilə 4–18 yaş uşaq və yeniyetmələr arasında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Rəngarəng xanımlar” adlı rəsm sərgisi keçirilib.

Rəssam Gövhər Məmmədova, qrafik dizayner Vüsalə Yunusova, gənc sənətşünas Şəhanə Mansurova və başqa qonaqlar çıxış edərək, uşaqlara gələcəkdə daha fəal olmalarını, bu sahədə irəli getmək üçün daha çox çalışmalarını arzulayıblar.

Sərgidə Xəzər Universiteti Dünya məktəbi, 287 saylı Zəkalar liseyi, İnci Mədəniyyət evi, Müasir innovasiyalar liseyi, Qərb tədris mərkəzi, Zığ qəsəbə Mədəniyyət Evinin rəhbər, müəllim və şagird heyəti də fəal iştirak ediblər.

Daha sonra xoreoqraf Vəfa Hacıyeva və Qərb tədris mərkəzinin rəqs müəllimi, xoreoqraf Əli Cəfərovun tələbələri göstərdikləri rəqs performansı ilə sərgi iştirakçılarının alqışlarına layiq görülüblər.

Qeyd edək ki, sərginin mətbuat dəstəkçiləri azpress.az və xalqqazeti.az informasiya saytlarıdır.

S.FİDAN
XQ

Sosial həyat