Narkotik alverinə qarşı əməliyyat tədbirləri

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 3-də ümumi çəkisi 42,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Bundan əlavə, Siyəzəndə saxlanılan 2 nəfərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri, əvvəllər məhkum olunmuş Yəhya Güləliyev və Namiq Məhərrəmov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqram marixuana və  heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat