Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevlə Pakistanın səfiri Qasım Mohiuddin arasında görüş keçirilib.
Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin “ASAN xidmət” mərkəzinə ziyarətinin davamı olaraq həyata keçirilən görüş zamanı tərəflər arasında “ASAN xidmət” modelinin Pakistana ixrac olunmasına dair müzakirələr aparılıb.
Səfir, öz növbəsində, bu modelin onda yüksək təəssürat yaratdığını və həmin təcrübənin Pakistanda tətbiq olunmasına dair əməli fəaliyyətin həyata keçirilməsinə hazır olduqlarını bildirib, habelə bu istiqamətdə ikitərəfli sazişin yaxın zamanda imzalanmasını təklif edib.