İsraildə Xocalı soyqırımı qurbanları anılıb

post-img

İsrailin Qiryat Yam şəhərində yerləşən Qafqaz Mədəniyyət Mərkəzinin Ev Muzeyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş lövhə hazırlanıb. Lövhədə Xocalı soyqırımını əks etdirən fotoşəkillər yer alıb.

Bildirilib ki, 1992-ci il fevral 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını pozaraq Xocalının dinc əhalisinə qarşı amansız qətliam törədib, ağır hərbi texnika yeridərək şəhər yerlə-yeksan edib. Xocalı soyqırımının tarixin ən faciəli və qəddar aktlarından biri olduğu vurğulanıb.

İsrailin dövlətinin hər zaman Azərbaycanın yanında olduğu və xalqın kədərini bölüşdüyü qeyd edilib. 

 

P.ƏMİRCANOV

XQ

Sosial həyat