Sabahdan pensiyaların yeni artımlarla birgə ödənişinə başlanılacaq

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu sabahdan fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, fevralın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

2025-ci il yanvarın 1-dək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Fevral ayının pensiyaları da artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

Sosial həyat