Türkiyə Prezidenti Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Sazişi təsdiq edib

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa dair Hökumətlərarası Sazişi təsdiq edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinin müvafiq Sərəncamı fevralın 10-da rəsmi hökumət qəzeti olan “Resmi Gazete”de dərc olunub.

Sənəd bu sahədə bir sıra əməkdaşlıq məsələləri ilə yanaşı, iki qardaş ölkənin qeyri-leqal miqrasiya ilə mübarizə üzrə qarşılıqlı fəaliyyətini ehtiva edir.

Miqrasiya sahəsində əməkdaşlığa dair Hökumətlərarası Saziş 2024-cü il iyunun 6-da Ankarada Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Türkiyə Daxili İşlər Nazirliyi nəzdində Miqrasiya İdarəsinin rəhbəri Atilla Toros tərəfindən imzalanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sosial həyat