AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək

post-img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli hər həftə agentliyin inzibati binasında vətəndaşları qəbul edir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışanlar fevralın 6-da saat 14:30-da onları narahat edən məsələlərlə bağlı AQTA sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap vasitəsilə əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Sosial həyat