Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 16-da ümumi çəkisi 33,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Məlumata ğörə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 20,4 kiloqrama yaxın marixuana, 10,5 kiloqramdan çox həşiş, 2,4 kiloqramdan artıq tiryək, 400 qrama yaxın heroindən ibarət olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ