Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, yanvarın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 3-5°, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcək.
Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.
Q.QASIMOV
XQ