İsraildəki 60-dan çox diplomatik nümayəndəlik səfirliyimizə başsağlığı məktubları göndərib

post-img

Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insanın həlak olması səbəbi ilə dekabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkə ərazisində matəm elan edilib. Bununla əlaqədar Azərbaycanın İsraildəki səfirliyi tərəfindən verilən müvafiq təlimatlara uyğun olaraq səfirlikdə dövlət bayrağı dirəyin yarısına qədər endirilib, başsağlığı kitabı açılıb.

Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Qeyd edilib ki, bir sıra ölkələrin səfirləri və diplomatları başsağlığı vermək üçün səfirliyə gəlib, həmçinin 60-dan çox diplomatik nümayəndəlikdən başsağlığı məktubları daxil olub.

Sosial həyat