“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar elan olunmuş matəm günündə ölkəmizin UNESCO yanında Daimi Nümayəndəliyində xatirə kitabı açılıb.
AZƏRTAC xəbər verir ki, UNESCO yanında akkreditə olunmuş xarici ölkələrin daimi nümayəndələri və diplomatları Daimi Nümayəndəliyə gələrək başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıblar.
UNESCO-nun baş direktoru, UNESCO Baş Konfransın prezidenti Simona Mikolesku və qurumdakı Daimi nümayəndəliklər Azərbaycanın UNESCO yanında Daim Nümayəndəliyinə başsağlığı məktubları ünvanlayıblar.