Təyyarə qəzasında həlak olanlar üçün Avstriyadakı Azərbaycan Evində xatirə guşəsi yaradılıb

post-img

Avstriya Respublikasının Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qrozni reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhərində qəzaya uğraması nəticəsində dünyasını dəyişən soydaşlarımızın xatirəsinə Salzburq Azərbaycan Evində xatirə guşəsi düzəldilib.

Bu barədə AZƏRTAC-a Avstriya Azərbaycanlıları Cəmiyyətindən bildirilib.

Avstriya Azərbaycanlıları Cəmiyyəti və Salzburq Azərbaycan Evi adından həyatını itirənlərin ailələrinə başsağlığı verib, qəzadan sağ çıxanlara şəfa diləyib.







Sosial həyat