Təyyarə qəzasında yaralananlar üçün həkimlər Aktauya gəlib

post-img

Təyyarə qəzasında xəsarət alanlara tibbi yardım üçün Astanadan Aktauya sanitar aviasiya təyyarəsi enib.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, təyyarədə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin iki reanimatoloq, 4 travmatoloq, neyrocərrah və kombustioloqdan (yanıq mütəxəssisi) ibarət səyyar briqadası gəlib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana



Sosial həyat