Dəfnə – sağlıq gətirər sənə

post-img

Hər dərman, yaxud, məlhəm müəyyən xəstəlikləri müalicə etmək üçün faydalıdır. Amma nəyin hansı xəstəlikdə və necə kömək etdiyini çoxumuz bilmirik. Rusiyanın təbii vasitələrlə müalicə mütəxəssisləri dəfnə yarpağının möcüzəvi köməyindən yazıblar. Onlar dəfnədən hazırlanmış bu və digər dəmləmənin necə hazırlandığı və istifadə edildiyi barədə fikirlərini bölüşüblər.

Bildiriblər ki, yuxusuzluq, qeyri-sabit psixoemosional fon zamanı dəfnənin su dəmləməsi müalicə üçün uyğundur. 2 dəfnə yarpağı götürüb bir stəkan qaynar suda dəmləmək lazımdır. Hazırlanmış “çayı” gündə 2 dəfə – səhər yuxudan oyandıqdan sonra və yatmazdan əvvəl içmək tövsiyə olunur.

Dəfnə məlhəmi oynaq ağrılarını, şişkinliyi aradan qaldırmağa və hərəkət fəaliyyətini bərpa etməyə kömək edir. Daxilə olduğu kimi xaricə istifadəsi də yaxşı nəticə verir.

8 dəfnə yarpağı 2 stəkan qaynar suda bir saat dəmlənib süzülür. 1 çay qaşığı bal əlavə edilir və gündə 3 dəfə içilir. Dərman kimi 10 gün yeməkdən sonra qəbul edilir.

Xaricə istifadə üçün 5 ədəd yarpağın üstünə 200 millilitr spirt və ya araq tökülüb soyuducuda 14 gün saxlanır. Hazır məlhəm gündə 3 dəfə ağrıyan yerə sürtülür.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat