Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Təbii vasitələrlə müalicə mütəxəssisləri insana faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:
Şüyüd: – Həzmi yaxşılaşdırır. Şişkinliyi aradan qaldırır. Bu çay körpələrə də verilir. Həzmdən başqa həm də öskürək, soyuqdəymə və otit zamanı kömək edir.
Çiyələk yarpaqları: – Qanı təmizləyir. Sakitləşdirici təsiri var. Bu xüsusi ətirli çaya qurudulmuş giləmeyvə də əlavə etmək olar.
Çəmənlik adaçayı: – 1 çay qaşığı otların üzərinə qaynar su tökülüb 5–10 dəqiqə dəmlənir. Qastrit zamanı bu çayı hər gün yarım stəkan içmək lazımdır. Mədə ağrısı üçün çobanyastığı və boymadərən çiçəklərinin qarışığını da dəmləmək olar.
Zəncəfil: – Qaraciyər yağlanmasının, stressin öhdəsindən gəlməyə kömək edir. Qəbizliyi aradan qaldırır, qida maddələrinin udulmasını artırır.
Cökə çiçəyi: – Narahatlığı götürür və qan təzyiqini aşağı salır. Miqren ağrılarını aradan qaldırmaq üçün tövsiyə edilir. Gündə iki stəkan cökə balı ilə cökə çayı soyuqdəymənin qarşısını almağa, bronxları təmizləməyə kömək edir.
Lavanda: – Sinir sistemini sakitləşdirir, nəfəsi tənzimləyir, sağlam yuxu verir, hipotenziyalı xəstələri canlandırır. Bədəndən toksinləri çıxarmaq üçün əla çaydır.
Z.HÜSEYNLİ
XQ