COP29-da mən gəncləri təmsil edir, onların səslərini beynəlxalq ictimaiyyətə çatdırıram.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Nigeriyalı ekofəal Əbulbəkir Əbdülməcid bildirib.
Ekofəal qeyd edib ki, tələbə olarkən o, iqlim dəyişmələrinin qurbanı olub.
“Belə ki, mən Nigeriyanın Kano şəhərində restoranlardan birinə sərmayə qoymuşdum. Həmin şəhərdə baş verən daşqınlar nəticəsində bütün iaşə obyektləri və evlər kimi həmin restoran da dağıldı. Nəticədə mən də müflisləşdim. Bu iqlim dəyişmələrinin insanlara vurduğu ziyanlardan biridir. COP29 “maliyyə COP”u adlandırılır və biz maliyyə dəstəyi tələb edirik ki, iqlim uyğunlaşmasına nail olaq. Bundan əlavə gənclər iqlim prosesində mühüm qərarların verilməsində iştirak etməlidirlər”, - deyə Əbulbəkir Əbdülməcid bildirib.