Sərhədçilər yalnız sərhədlərin mühafizəsini deyil, həm də tarixi abidələrin, təbii sərvətlərin, ekosistemin və biomüxtəlifliyin qorunmasını təmin edirlər.
Bu sözləri Qazaxda AZƏRTAC-a açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Xidmətinə Nəzarət Komandanlığının polkovnik-leytenantı Elnur Abdullayev deyib.
O əlavə edib ki, DSX-nin Sərhəd Qoşunları tərəfindən xidmət daim yüksək səviyyədə təşkil olunur: “Sərhədboyu qanunsuz ovçuluğun, ağac kəsiminin və digər təbiətə zərər vuran fəaliyyətlərin qarşısını almaq üçün xidmətlər təşkil edilir. Sərhədçilər belə hallarda təcili müdaxilə edərək, ekosistemin pozulmasının qarşısını alırlar”.
“Həmçinin sərhəd ərazilərində yaşayan əhali maarifləndirilir, təbiətin qorunmasının əhəmiyyəti onlara çatdırılır. Bu, əhalinin təbii sərvətləri qorumağa daha məsuliyyətli yanaşmasını təmin edir”, - deyə E.Abdullayev bildirib.