Kanadalı iştirakçı: Çirklənmədən əziyyət çəkən ölkələri dəstəkləmək üçün üzərimizə məsuliyyət götürməliyik

post-img

"Çirklənmədən əziyyət çəkən Qlobal Cənub ölkələrini dəstəkləmək üçün üzərimizə məsuliyyət götürməliyik".

Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29-un Kanadadan olan iştirakçısı Qreqor Robertson deyib.

O, Kanadanın da digər ölkələr kimi dağıdıcı təsirlərdən, xüsusilə, şimaldakı meşə yanğınlarından, nəhəng daşqınlardan əziyyət çəkdiyini bildirib: "Vankuver şəhərində 2021-ci ildə iki gündə 600 nəfərin ölümünə səbəb olan dəhşətli istilər oldu. Bu təsirlərlə mübarizə aparmaq üçün çox çalışmalıyıq".

Sosial həyat