“Biz yalnız qalıq enerji ixracatçılarını qınaya bilmərik. Həmin enerjini idxal edənlərdə də günah var”.
Bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP29-un iştirakçısı, 2017-ci il Nobel Sülh Mükafatı laureatı Re Kvon Çonq deyib.
O, yeni iqlim iqtisadiyyatına dair maarifləndirmə ilə məşğul olduğuna diqqət çəkib: “Hətta düşünürəm ki, ilk olaraq qalıq enerjini idxal edənləri günahlandırmalıyıq. Biz istehlakçılara daha qənaətcil enerjidən istifadə edərək yaşamağı öyrətməliyik. Xüsusilə zəngin ölkələrin əhalisi daha davamlı həyat tərzi yaşamaq üçün maarifləndirilməlidir”.