Bayram tədbirində dövlət himnimiz səsləndirildikdən sonra Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqlək sükutla yad edilib.
Sonra rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Şanlı Azərbaycan ordusunun qazandığı Zəfər tarixindən danışıb.
O, qeyd edib ki, məhz bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan cəmi 44 günə Ermənistan üzərində şanlı qələbə qazandığını dünyaya bəyan etdi.
8 Noyabr - Zəfər Günü münasibətilə şəhid ailələri və qazilərimizi, bütün xalqımızı səmimi qəlbdən təbrik edən rayon rəhbəri Vətən müharıbəsində qəhrəmanlıq göstərənlər arasında Şəmkir gənclərinin də olmasının qürverici bir hiss olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən şəhid ailələri və qazilərimiz də göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini çatdırıblar. Çıxışlarda bildirilib ki, Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük qayğısından irəli gəlir.
Tədbir mədəniyyət işçiləri tərəfindən hazırlanmış rəngarəng konsert proqramı ilə davam etdirilib.
Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri,
Şəmkir