Azərbaycan müdafiə naziri Qazaxıstanlı həmkarına başsağlığı verib

post-img

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 9-da təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkova başsağlığı ünvanlayıb.

Bu barədə XQ-ə Müdafiə Nazirliyindən məlumat verilib. Başsağlığında deyilir: "Qardaş Qazaxıstan Respublikasının Aktobe vilayətində baş vermiş helikopter qəzası nəticəsində ekipaj üzvlərindən bir nəfərin həlak olması və digərlərinin xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.

Son xəbərlər