Dünən Bakı şəhərinin 193 saylı orta məktəbində ilk dərslər Zəfər Gününə həsr edilib.
Belə dərslərin biri 2- ci sinifdə ibtidai sinif müəllimi Ülkər Mustafayeva tərəfindən keçirilib.O, xalqa qələbə sevincini yaşadan igid əsgərlərdən söhbət açıb, Zəfər Gününun tarixi əhəmiyyəti barəsində uşaqlara məlumat verib, müharibəsiz dünya, firəvan həyat, aydın səma arzulayaraq onları bayram münasibəti ilə təbrik edib.
44 Günlük Vətən müharibəsində şəhid olan əsgərlərin xatirəsinin rəmzi sayılan "Xarıbülbül" nişanını sinələrində qürurla gəzdirən şagirdlər Vətən müharibəsinə aid şeirlər səsləndirib, Qələbəni əks etdirən əl işlərini– çəkdikləri şəkilləri sərgiləyiblər. Balaca əllərlə, böyük sevgi ilə çizilmiş bu şəkillər uşaqların iç dünyasından xəbər verib. Hamısını bir arzu birləşdirib: Sülh arzusu!
"Müharibə" sözünün deyilişindən belə diskinən, həyəcanlanan, körpə balalar, qorxmayın, bilin ki, işğaldan azad edilən ərazilərdə xidməti borcunu yerinə yetirən qorxmaz əsgər və zabitlərimiz sizin üçün sülhü və sabitliyi tam təmin edirlər. Onları sizin adınızdan təbrik edir, məsuliyyətli və şərəfli işlərində uğurlar arzulayırıq.
Zülfiyyə Ziya
XQ