Azərbaycanın Mərakeşdəki səfirliyi Zəfər Gününə həsr edilən tədbir keçirib

post-img

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi 8 Noyabr - Zəfər Gününə həsr edilən tədbir keçirib. Bu il Azərbaycan dövləti Qarabağın Ermənistanın işğalından azad edilməsinin dördüncü ildönümünü qeyd edir.

Tədbirdə digər ölkələrdən olan səfirlər, diplomatlar, Azərbaycan diasporunun nümayəndələri, Mərakeşdən olan qonaqlar iştirak ediblər. Bu tədbir, eyni zamanda, Azərbaycan ilə Mərakeş arasındakı dostluq əlaqələrini qeyd etmək üçün önəmli fürsət olub.

Mərasimdə şəhidlərin xatirəsi yad edildikdən sonra Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb. Səfir Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsində həm Ali Baş Komandan kimi orduya rəhbərliyini, həm də diplomatik məharətini vurğulayıb. Nazim Səmədov Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etdiyini diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları Azərbaycan Xarici İşlər Nazirliyinin Zəfər Günü ilə əlaqədar hazırladığı qısa filmə tamaşa ediblər.

Tədbirdə, həmçinin Azərbaycanın geniş turizm potensialı olduğu vurğulanıb.



















Sosial həyat