Şəhid övladları üçün aqrotur

post-img

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində “Aqrar tədarük və təchizat” ASC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladları üçün aqrotur təşkil edilib.

Aqroturda Lənkəranın İstisu qəsəbəsində yerləşən “Sitrus vadisi” təsərrüfatının sahibi şəhid övladlarına sitrus bağının salınması, ağaclara qulluq, meyvə yığımı zamanı diqqət edilməli qaydalar barədə ətraflı məlumat verib.

Bağa ekskursiya zamanı uşaqlar feyxoa, naringi yığımında iştirak edib, həmçinin cənub regionuna məxsus təamların dadına baxıblar. Bundan başqa, uşaqlar üçün müxtəlif əyləncələr təşkil olunub, müsabiqələr keçirilib.

Sonda “Şəhərdən Kəndə” layihəsi çərçivəsində şəhid övladlarına müxtəlif hədiyyələr təqdim olunub.

XQ

 

Sosial həyat