Sümükləri bərkidən “yaşıl” süd

post-img

İnək südündə zülal və kalsium var, lakin inəyin südü insan orqanizmi tərəfindən yaxşı mənimsənilmir. Əgər süd sağılırsa, o artıq oksigenlə təmasa girdiyindən tərkibi dəyişir: zülal turşuyur, bu isə orqanizmə heç bir fayda vermir.

Mütəxəssislər tərkibinə görə, inək südündən geri qalmayan, əsil zülal və kalsium mənbəyi olan “yaşıl süd” iksirini hazırlamaq üçün xüsusi resept hazırlayıblar.

Reseptə görə, 10 dəstə ispanaq, 1 dəstə kahı 1 dəstə nanə və 2 stəkan su götürülür.

Göyərtilər yuyulur, suyu süzülür, blenderə qoyulub, üzərinə otaq hərarətində su əlavə edilir. Blenderdən keçirildikdən sonra tənzifdən süzülür və elə təzə-təzə içilir.

Bu içki orqanizmin hüceyrələrini zülalla təmin edir, eyni zamanda, zəifləmiş immuniteti xeyli  möhkəmləndirir.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat