Bakıda tələbə-gənclər ilə görüş keçrildi

post-img

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi “Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclik” layihəsi çərçivəsində 1 noyabr 2024-cü ildə Bakı  şəhərində Azərbaycan Dövlət Pedaqoji Kollecində tələbə-gənclərlə maarifləndirici görüş keçrildi.   

Tədbiri giriş sözü ilə açan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri və “Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetiştirdiyi gənclik” layihəsinin rəhbəri Emin Həsənli iştirakçıları salamladıqdan sonra gənclərimizin milli və vətənpərvər ruhda yetişməsi istiqamətində təməli ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan və müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yeni mərhələyə qaldırılaraq uğurla həyata keçirilən mütərəqqi gənclər siyasəti haqqında ətraflı danışdı.

Birlik sədri qeyd etdi ki, Vətən Müharibəsində Azərbaycan gənclərinin göstərdiyi qəhrəmanlıq Ümumilli lider Heydər Əliyevin vətənpərvərlik məktəbinin yetişdirdiyi gəncliyin millətimiz və dövlətimiz qarşısında müqəddəs borclarının layiqincə yerinə yetrilmələrinin sübutu idi.

Sonra mövzu haqqında danışmaq üçün söz layihənin eksperti, Qarabağ qazisi Taleh Əliyevə verildi.  Ekspert Taleh Əliyevdə öz növbəsində bildirdi ki, hələ Sovet İttifaqı vaxtı Azərbaycanl gənclərin SSRİ-nin qabaqçıl ali məktəblərinə göndərməsi, Bakıda Cəmşid Naxçıvanski adına hərbi litseyi açması və onun ardınca Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini açmaqla gənclərimizin həm hərbi həmdə digər sahələrdə dərin biliklərə yiyələnməsinə şərait yaradırdı. Bu siyasət müstəqil Azərbaycanda da uğurla davam etdirildi. Azərbaycan gəncləri bu dəfə dünyanın ən qabaqcıl ali məktəblərinə dövlət vəsaiti hesabına oxumağa göndərildi.

Sonda Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbə-gəncləri çıxış edərək öz təsüratlarını bölüşdülər.  





Sosial həyat