Kamfora kəskin qoxulu, efir yağları ilə zəngin, sovet tibbinin vasitələrindən biri kimi hər evdə olan cövhərdir. Bir çoxları kamforanın nələrə qadir olduğunu bilmir. Layiqli qiymətini almayan kamforanın həm yağlı, həm də spirtdə məhlulu var.
Kamforanın ağrıkəsici, mikrob, iltihab və soquydəymə əleyhinə təsiri böyükdür. Həkimlər qrip zamanı spirtdə kamfora ilə tənzifi isladıb, boğaza, sinəyə kompress qoyub, üzərindən sellofanlı isti dəsmalla sarımağı məsləhət görürlər. Yarım saat beləcə saxlamaq kömək edir. Bundan başqa, oynaq ağrılarında kamforanı menovazinlə qarışdırıb oynaqlara çəkib, isti şərflə bağlamaq fayda verir.
Kamforanı daxilə qəbul etmək olmaz, amma bir neçə fakt var ki, bir stəkan suya 3–4 damcı qatmaqla, müəyyən xəstəliklərin müalicəsinə müsbət təsir göstərir. Məsələn, rusiyalı hərbi həkimlərdən biri ayağında şiş olan xəstəsinə belə bir üsul tövsiyə edib. Eyni zamanda, 75 yaşlı həkim özü də, pasiyentə məsləhət etdiyi kimi, kamforanı səhərlər bir stəkan suya 3 damcı olmaqla qarışdırıb içdiyini bildirib.
Z.HÜSEYNLİ
XQ