Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə noyabrın 6-da ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Zəfər” elm müsabiqəsi keçiriləcək.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müsabiqə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix fənləri üzrə təşkil olunacaq. Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçiriləcək müsabiqədə şagirdlərə 20 sualdan ibarət test tapşırığı təqdim ediləcək. Test suallarının cavablandırılması üçün 2 saat (120 dəqiqə) vaxt ayrılacaq.
Müsabiqədə yüksək nəticə göstərən şagirdlər diplom, medal və hədiyyələrlə mükafatlandırılacaqlar.
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı tarixi Zəfəri əbədiləşdirmək, eyni zamanda, yaradıcı təfəkkürü ilə fərqlənən istedadlı şagirdləri üzə çıxarmaqdan ibarətdir.