EMİL NƏSİRLİ RUSİYA TƏBİƏT ELMLƏRİ AKADEMİYASININ AKADEMİKI SEÇİLİB

post-img

“Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyası Rəyasət Heyətinin qərarı ilə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib. 

Emil Nəsirli bu Fəxri ada “Elm və təhsilin fənlərarası problemləri” mövzusunda elmi araşdırmalara, yazıb çap etdirdiyi kitablara görə layiq görülüb.

Rusiya Təbiət Elmləri Akademiyasının  prezidenti, Rusiyanın tanınmış regionşünas alimi, professor, Regional iqtisadi tədqiqatlar İnstitutunun direktoru  Peter İosifoviç Burakın adından  Emil Nəsirliyə  Rusiya Təbiət Elmləri Akademiyasının  əcnəbi üzvlük diplomunu və vəsiqəsini Rusiya Təbiət Elmləri Akademiyasının  vitse-prezidenti, tibb elmləri doktoru, professor, tibb xidməti general-leytenantı, Hərbi Tibb Akademiyasının akademiki,  Rusiya Federasiyasının elm və texnika sahəsində Dövlət Mükafatı laureatı Novikov Vasili Semenoviç təqdim edib.

Görüşdə Rusiya Təbiət Elmləri Akademiyasının  vitse-prezidenti V.S.Novikov azərbaycanlı alimin Rusiya Təbiət Elmləri Akademiyasına   əcnəbi üzv seçilməsini bu sahədə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinə verilən yüksək önəmin təzahürü kimi qiymətləndirib. 
Emil Nəsirli Rusiya Təbiət Elmləri Akademiyasının əcnəbi üzvü seçildiyinə görə minnətdarlığını bildirib və iki ölkə arasında müxtəlif istiqamətlərdə elmi əlaqələrin daha da inkişaf etdirilməsi üçün bundan sonra da səylə çalışacağını bildirib.

Görüş zamanı qarşılıqlı elmi əlaqələr müzakirə olunub, bu istiqamətdə müxtəlif mövzular üzrə geniş fikir mübadiləsi aparılıb.

Xatırladırıq ki, Rusiya Təbiət Elmləri Akademiyası ümumrusiya ictimai yaradıcı elmi təşkilatı olaraq yaradıcı şəxslərin özünü ifadə etməsinə, təhsilin inkişafına, fundamental və tətbiqi elmi tədqiqatların genişləndirilməsinə şərait yaratmaqla ümumi istəkdən irəli gələn bütün sahələrin alimlərini - təbiətşünasları, yüksək texnologiyaların yaradıcılarını, humanitar sahənin tədqiqatçılarını  və s. öz ətrafında birləşdirir.















Sosial həyat