Astarada nadir “Himalay kərkəzi” aşkar edilib

post-img

Astara rayonunda nadir quş növü olan "Himalay kərkəzi" aşkar edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu bala quş Astara rayonunun Şiyəkəran kəndində, sakinlərdən birinin həyətində ağacda aşkarlanıb. Sakinlər quşun iki gün ərzində ağacda qaldığını bildirərək, ona kömək edərək ağacdan aşağı salıblar.

Bioloq Yunus Qulamov “Himalay kərkəzi”nə Astarada ilk dəfə rast gəlindiyini qeyd edərək, bu quşun yırtıcılar dəstəsinə, qarğalar cinsinə aid olduğunu bildirib. O, eyni zamanda, bu quşun insanlara hücum edə biləcəyini də vurğulayıb. Bioloq, quşun vaxtında aşkar edilməsinin önəmli olduğunu, əks halda uşaqlara zərər verə biləcəyini qeyd edib.

Bala "Himalay kərkəzi"nin qanadları 2 metrəyə yaxındır. Quş aidiyyəti üzrə təhvil verilib.





Sosial həyat