Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Abşeron rayonunda, habelə paytaxtın Yasamal və Nizami rayonları ərazisində 3 ünvanda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma, Nərimanov rayonunda yerləşən doqquzmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma barədə məlumatlar daxil olub.
Məlumatı FHN mətbuat xidməti yayıb.
Məlumatlarla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində ümumilikdə 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
P.ƏMİRCANOV
XQ