Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə birlikdə Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada Xidmətin icra etdiyi tikinti layihələrinin podratçıları və subpodratçıları, şəhərdə fəaliyyət göstərən istehsal, əczaçılıq, pərakəndə satış və xidmət sektoruna aid 13 müəssisə sakinlərə, ümumilikdə, 148 vakansiya təqdim edib.
Yarmarkanın keçirilməsində əsas məqsəd Cəbrayıl şəhərinə köçmüş sakinlərin məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.