Qazaxda zəhərləndiyi ehtimal edilən 18 tələbə xəstəxanaya yerləşdirilib.
Aldığımız məlumata görə, oktyabrın 10-da saat 19 radələrində Bakı Dövlət Universitetinin Qazax filialının bufetində yedikləri dönərdən zəhərləndiyi ehtimal edilən tələbələr xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.