Baş katib: Beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə ən vacib alətlərdən biridir

post-img

“Beynəlxalq əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə ən vacib alətlərdən biridir. Bu istiqamətdə COP29 olduqca ideal platformadır”.

Bunu Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda keçirilən yan tədbirdə Keniyanın Ətraf Mühit, İqlim Dəyişikliyi və Meşə Təsərrüfatı Nazirliyinin Baş katibi Festus Ng’eno deyib.

O qeyd edib ki, Afrika ölkələri arasında beynəlxalq əməkdaşlıq genişləndirilməlidir: “Afrika ölkələri iqlim dəyişikliyinin təsirlərinə ən ağır formada məruz qalan ölkələrdir. Qida təhlükəsizliyi, su problemləri ilə mübarizə bizim xalqların mövcud reallığıdır. Əməkdaşlıq bizim yeganə çıxış yolumuzdur”.

Sosial həyat