Oktyabrın 5-də Nəsimi rayonu ərazisində bir nəfərin bank kartından 1000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Məlumatı DİN mətbuat xidməti verib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Qafarov və H.Allahverdiyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ