Oktyabrın 8-də saat 20 radələrində Binəqədi qəsəbəsi ərazisindəki yanacaqdoldurma məntəqələrinin birindən Binəqədi Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Məlumatı DİN mətbuat xidməti yayıb.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib, aldığı yanacaq müqabilində oradakı işçiyə 20 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən 45 yaşlı S.Rüstəmov saxlanılıb.
O, araşdırma aparılması üçün 43-cü Polis Bölməsinə təhvil verilib.
P.ƏMİRCANOV
XQ