Yeni dərs ilinin başlanması münasibətilə Qəbələ rayonunda aztəminatlı ailələrin övladlarına məktəbli forması və dərs ləvazimatları paylanılıb.
Bildirilib ki, rayon icra hakimiyyətinin və Qəbələ Konserv zavodunun birgə təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə sosialyönümlü tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova və təhsil sektorunun müdiri Arifə Bayramova çıxış edərək, tədris ocaqlarının pedaqoji kollektivlərini və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar. Çıxış edənlər təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb, ölkəmizdə təhsil sahəsində icra olunan məqsədyönlü layihələrdən, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən söz açıblar.
Qəbələ Konserv zavodunun direktoru Özgür Demirkıran çıxış edərək, zavod tərəfindən həyata keçirilən sosial layihələr və görülən işlər barədə məlumat verib.
Tədbirin sonunda 180 şagirdə məktəbli forması və dərs ləvazimatları paylanılıb.
XQ