Soyğunçuluq və oğurluq edənlər ələ keçiblər

post-img

Sentyabrın 23-də Sabunçu qəsəbəsi ərazisində bir qadının çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən, əvvəllər  narkotik cinayətinə görə məhkum olunmuş Y.İsmayılov müəyyən olunaraq saxlanılıb. 

Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları sentyabrın 23-də bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Əliyevi saxlanıyıblar.

Sentyabrın 20-də axşam saatlarında Binəqədi qəsəbəsi ərazisində bir yeniyetmənin 400 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat