Abşeron dairəvi dəmir yolu üzrə tariflər dəyişdirilir

post-img

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarif siyasətinə bir sıra dəyişikliklər edəcək. Sentyabrın 25-dən Abşeron dairəvi marşrutu üzrə sərnişindaşımada yeni qiymət siyasəti tətbiq ediləcək.

Bunu ADY-nın Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov bugünükü brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ADY-nin tətbiq etdiyi məsafə əsaslı tarif siyasətinə əsasən, sərnişinlər minimum 0,40 manat ödəməklə mənzilbaşına çatacaqlar.

“Bu da ölkədə ictimai nəqliyyat növləri arasında ən aşağı tarifdir. Ümumilikdə Abşeron dairəvi marşrutu üzrə gediş haqları məsafədən asılı olaraq 0,10–0,20 manat arası artırılacaq. Bütün bu yeniliklər beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir, tətbiq olunan yeni qiymət siyasəti daha təhlükəsiz və keyfiyyətli xidmət təqdim etməyə yönəlib”, - deyə department rəhbəri qeyd edib.

Sosial həyat