Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

post-img

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən  bildiriblər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin Əmək Məcəlləsinin 79-cu maddəsinə uyğunluğunun yoxlanılmasına dair insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 24-nə təyin edilmiş iclasında baxılacaq.

Sosial həyat