Dietoloqlar haqqında söhbət açılan qarışımı immuniteti və ürəyi gücləndirmək üçün əla vasitə hesab edirlər. Bildirirlər ki, məlhəmin tərkibində olan ərik qurusu, kişmiş və qozda çoxlu kalium ionları var. Kalium isə ürəyin ritmik işləməsi üçün çox vacib elementdir.
Ürək fəaliyyətini gücləndirən məlhəmi hazırlamaq üçün 3 limon, 200 qram gavalı, 200 qram kişmiş, 200 qram ərik qurusu, 200 qram qoz, 100 qram yemişan və 100 qram itburnu meyvəsi lazımdır.
Bütün məmulatlar əl dəyirmanında üyüdüldükdən sonra qarışıma 250 qram bal əlavə edilir və soyuducuya qoyulur. Hazırlanmış məlhəm 10 gündən sonra istifadəyə hazır olur.
Dietoloqlar dadlı, xoş ətirli və sağlamlıq üçün vacib olan bu məlhəmdən hər gün acqarına 1 yemək qaşığı qəbul etməyi tövsiyə edirlər.
Z.BAYRAM
XQ