Su – yaşam iksiri, saflıq qaynağı

post-img

Su həyatdır – deyənlər səhv etməyib. O havadan sonra yaşam üçün vacib olan ikinci həyati vasitədir. Səhər tezdən acqarına su içmək isə orqanizmə daha çox fayda verirmiş. 

Dietoloqların fikrincə, su maddələr mübadiləsini 24 faiz sürətləndirir. Bu, arıqlamaq istəyənlər üçün faydalıdır, çünki sürətli metabolizm daha çox kalori yandı­rır.

Su həzm sistemini dəstəkləyir, bağır­saqları stimullaşdırır və həzmi sürətləndi­rir. Bu, qəbizlik kimi həzm probleminin qarşısını almağa kömək edir.

Gecələr bədəndə toksinlər toplanır. Səhər acqarına su içmək bu toksinləri bə­dəndən çıxarır və böyrəklərin daha yaxşı işləməsini təmin edir.

Su limfa sistemini dəstəkləyərək im­muniteti gücləndirir. Bu, xəstəliklərdən qorunmanı təmin edir.

Yetərincə su qəbulu dərinin nəmli qal­masına və daha sağlam, parlaq görünüş qazanmasına kömək edir. Acqarına su iç­mək dəridən toksinlərin çıxmasını sürət­ləndirərək sızanaq və dəri problemlərini azaldır.

Səhər acqarına su içmək oksigenin hü­ceyrələrə daşınmasını, enerji səviyyəsini artırır və gün ərzində insan özünü daha gümrah hiss edir.

Acqarına su içmək toxluq hissi yara­daraq çox yemək istəyini azalda bilər. Bu, maddələr mübadiləsinin sürətlənməsinə və arıqlamağa kömək edir.

Zərifə HÜSEYNLİ
XQ

Sosial həyat