Ümumi çəkisi 52 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 23-də ümumi çəkisi 51,9 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb. 

DİN mətbuat xidmətinin məlumatına görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3,4 kiloqrama yaxın heroin, 47,3 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin 50 ədəd metadon həbindən ibarət olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat