Ötən gün aşkar edilən silahların sayı açıqlanıb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 2 tapança, 1 pulemyot, 21 tüfəng, 2 patron darağı və 38 müxtəlif çaplı patron təhvil götürüblər.

Həmin gün aparılan əməliyyatlar nəticəsində qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.

Sosial həyat