Bu dəfə Litvada “Kral ölür”…

post-img

Gəncə Dövlət Milli Dram Teatrı "X Beynəlxalq SANKRYZA Teatr Festivalı"nda uğurla çıxış edib
Məlum olduğu kimi, 07-15 avqust 2024-cü il tarixində Litva Respublikasının Druskininskaı şəhərində "X Beynəlxalq SANKRYZA Teatr Festivalı" keçirilir. Festivalda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə Dövlət Milli Dram Teatrı da iştirak edir.

 13 Avqust 2024-cü il tarixində isə Gəncə Dövlət Milli Dram Teatrının "Kral ölür" tamaşası uğurla nümayiş olunub və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşada Azərbaycan Respublikasının Litvadakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev və səfirlik nümayəndələri qonaq qismində  iştirak ediblər.

 

         Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri.



Sosial həyat