Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində batan 1998-ci il təvəllüdlü Əliyev Abusət Fəxrəddin oğlunun meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılan meyit aidiyyəti üzrə təhvil verilib.